Sürücülərdə çaşqınlıq yaradan yol: Avtobus zolağı ləğv edilməyib?

12.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabunçu rayonu, Zabrat şosesi ərazisindən keçən yolda zolaqlar yenilənənsə də, avtobus zolağı xətlərinin yenilənməməsi sürücülərdə çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən ərazidə avtobus zolağı ləğv edilməyib:

"Sözügedən yolda xüsusi hərəkət zolağının mövcudluğunu yol cizgi xətləri ilə yanaşı 5.9 - "Marşrut nəqliyyat vasitələri üçün zolaq" məlumatverici yol nişanları da təsdiqləyir.

Yol nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Şəhər şosesində də bu işlər hazırda davam etdirilir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью