Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 118,534 milyon manatlıq göstərici ilə müqayisədə 10,7% və ya 12,694 milyon manat çoxdur.
Hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin məbləği isə 104,770 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 87,173 milyon manat olub ki, bu da illik müqayisədə 20,2% və ya 17,597 milyon manatlıq artım deməkdir. pizza
Cəlalə Cəlalqızı