Sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur

24.06.2025

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyunun 26-sı saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır.

Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq:

“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью