Sürücülərə sığorta ilə bağlı XƏBƏRDARLIQ: Bu məsələnidə NƏZƏRƏ ALMALISIZ

13.10.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avto-icbari sığorta üzrə şikayət indeksində “Xalq Sığorta” ASC və “Meqa Sığorta” ASC yüksək göstəricilərlə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, 2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək olan dövr üzrə açıqlanan cədvələ əsasən,“Xalq Sığorta”nın şikayət indeksi 1,52, “Meqa Sığorta”nın göstəricisi isə 1,21 olub. 
Beləliklə, hər iki şirkətin şikayət indeksi hesablanmış orta göstəricidən yüksək olub. “Xalq Sığorta”nın göstəricisi “Meqa Sığorta” ilə müqayisədə daha yüksək qeydə alınıb.
Şikayət indeksi vətəndaşlara avto-icbari sığorta xidməti seçərkən kömək məqsədilə hesablanır./ajans.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью