Sürücülərə XƏBƏRDARLIQ: BakıŞamaxıYevlax yolu BUZ BAĞLADI FOTO

14.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gecədən yağan qar və güclü çovğun səbəbindən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində bir sıra çətinliklər yaranıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yol buz bağladığından hər iki istiqamətdə avtomobillərin hərəkəti çətinləşib.
 

Əraziyə AAYDA-nın 19 nömrəli yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.


Hazırda yolun buz bağlamış hissəsinə duz səpilir və avtomobillərin hərəkəti qismən bərpa olunub.
Bundan başqa Şamaxı-Pirqulu avtomobil yolunda da bir sıra çətinlik yaranıb.
Mütəxəssislər sürücülərə vacib olmadığı halda bu yollardan müvəqqəti olaraq istifadə etməməyi məsləhət görürlər.


Bizim.Media, Aran bürosu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью