Sürücülərə XƏBƏRDARLIQ Bu yollarda təmir işləri başlayır

26.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.  
“Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью