Sürücüləri çaş baş salıb cəriməyə səbəb olan problem aradan qaldırıldı VİDEO

08.06.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının Xətai rayonu ərazisində yol hərəkəti iştirakçılarını çaşdıra biləcək vəziyyət yaranmışdı.

Avtosfer.az xəbər verir ki, Məhəmməd Hadi küçəsində, Ukrayna dairəsinə yaxın ərazidə (Təbrik restoranının qarşısında) həm avtobus zolağına giriş, həm də çıxış nişanı qoyulmuşdu. Lakin ərazidə qırıq xəttin olmaması sürücülər üçün çıxışı mümkünsüz edirdi və bu, çaşqınlıq yaradırdı.

Avtosfer.az sözügedən məsələni işıqlandırdıqdan sonra artıq müvafiq qurumlar tədbir görüb və problem aradan qaldırılıb. Hazırda ərazidə hərəkət normal şəkildə təşkil olunub və çıxış nöqtələri də qırıq xətlə müəyyənləşdirilib.

Eltac Zülfüqaroğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью