​Sürücüləri qorxudan 27 kilometrlik yol

29.06.2026

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Virciniya ştatındakı Norfolk şəhəri ilə turistik Delmarva yarımadasını bir-birinə bağlayan Çesapik körfəzi köprü-tüneli mühəndislik dünyasında böyük maraq doğurub.

Metbuat.az xəbər verir ki, bu 27 kilometrlik qeyri-adi magistral yol Atlantik okeanın ortasında irəliləyərkən qəfildən suyun altına enərək qorxulu tünellərə çevrilir.

Dünyada cəmi 14 bənzəri olan bu nəhəng tikili bölgədəki gəmi hərəkətliliyinə mane olmamaq üçün bu cür nadir üsulla inşa edilib. Sürücülərə həm vizual ziyafət, həm də klostrofobik anlar yaşadan unikal keçid əvvəllər saatlar çəkən bərə səyahətini cəmi 25 dəqiqəyə endirir.

Nəqliyyat xəttinin bu qədər ekstremal olması sükan arxasında həyəcanlanan sürücülər üçün unikal bir xidmətin yaranmasına da səbəb olub. Belə ki, okeanın ortasındakı tünel və körpülərdə panik atak keçirən sürücülər, qarşı tərəfə təhlükəsiz keçə bilmək üçün 40 dollar ödəyərək xüsusi peşəkar sürücülərin xidmətindən istifadə edirlər. Sürücülər okeanın dibində iki fərqli tüneldən keçdikdən sonra yenidən səthə çıxıb körpü üzərindən yollarına davam edirlər. Həm mühəndislik möcüzəsi, həm də fobiya mənbəyi olan bu yol səyahətsevərlərin ən çox maraq göstərdiyi marşrutlardan birinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью