Sürücülərin bu xətdən xəbəri yoxdur: Diqqətli olun, kameralar çəkir VİDEO

21.07.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda sürücülərin tez-tez yol hərəkəti qaydalarını pozduğu ərazilərdən birində şəhər kameraları artıq qayda pozuntularını qeydə almağa başlayıb.

Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Zərifə Əliyeva küçəsindən gedir. Belə ki, "Tarqovı"ya girişdə bəzi sürücülər sağ zolaqdan kənara çıxaraq təhlükəsizlik adacığının tələbini pozurlar.

Ərazidə quraşdırılmış kamera həmin qayda pozuntularını avtomatik qeydə alır və sürücülər barəsində inzibati qaydada elektron qərar tərtib edir.

Bu istiqamətdə hərəkət edən sürücüləri diqqətli olmağa çağırırıq.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью