Sürücülərin bu yanlışı qəza riskini ARTIRIR AÇIQLAMA

13.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son günlər havada dumanın artması ilə bağlı yol şəraiti bir qədər çətinləşib. Təhlükəsiz hərəkətin təmin olunması üçün işıqlandırma vasitələrindən düzgün istifadə vacibdir. Arxa duman faraları yalnız görünüş məsafəsi ciddi şəkildə azaldıqda istifadə edilməlidir. Yəni hər dumanlı havada deyil, yalnız xüsusi hallarda — qatı duman, güclü yağış, güclü qar və ya şiddətli külək zamanı, görünüş məsafəsi təxminən 50 metr və ya daha az olduqda bu faraların yandırılması məqsədəuyğundur”.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 
O, bildirib ki, adi yağışda, zəif dumanda, şəhər daxilində normal hərəkət zamanı, tıxaclarda və ya avtomobillərin sıx olduğu şəraitdə isə arxa duman faralarının yandırılması tövsiyə edilmir və qanunla da qadağandır:
“Çünki bu faralar çox güclü işıq saçır və arxadan gələn sürücünün gözünü qamaşdıraraq diqqətini yayındıra, nəticədə qəza riskini də artıra bilər”.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью