Sürücülərin diqqətinə: Bu küçədəki avtobus zolağına giriş vaxtları dəyişdi VİDEO

13.12.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Moskva prospektindəki avtobus zolağında dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, "Şamaxinka"dan 20 Yanvar istiqamətində çəkilmiş avtobus zolağında giriş qadağan edilən saatlar dəyişdirilib. Belə ki, əvvəllər ancaq pik vaxtlarda giriş qadağan idisə, hazırda səhər 7:00-dan axşam 22:00-a qədər avtobus zolağına girmək olmaz.

Qeyd edək ki avtobus zolağına girən sürücüləri 100 manat və 2 bal cərimə gözləyir.

Könül Rauf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью