SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Parklanma məntəqələrinin sayı azaldılıb

21.05.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, artıq paytaxtda küçələrdə bir neçə deyil, bir parklanma məntəqəsi fəaliyyət göstərəcək.

Bununla da paytaxtdakı parklanma məntəqələrinin sayı 2400-dən 690-a endirilib.

Qeyd edək ki, bu dəyişiklik Bakıda ümumi parklanma yerlərinin sayına təsir etməyib, yalnız parklanma məntəqələrinin sayı optimallaşdırılaraq azaldılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью