Sürücülərin diqqətinə: Sabah bu yolda məhdudiyyət olacaq

16.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Təmir işləri ilə əlaqədar oktyabrın 17-də Binəqədi şossesinin müəyyən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a bildirilib ki, məhdudiyyət oktyabrın 17-si saat 06:00-dan etibarən Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.

Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью