Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobildə diqqət edilməsi vacib olan nüanslardan biri də antifrizdir.
Mühərrikin daim yüksək temperaturlarda işləməsini nəzərə alsaq onun soyuması üçün antifrizin keyfiyyəti, miqdarı, daimi nəzarət mühüm rol oynayır.
Antifriz nədir? Antifriz avtomobil mühərrikində və soyutma sistemlərində istifadə olunan xüsusi mayedir.
Onun əsas funksiyası mühərrikin həddindən artıq qızmasının və donmasının qarşısını almaqdır.
Antifriz, mühərrikin temperaturunu sabit saxlayaraq onun daha effektiv işləməsinə kömək edir.
Antifriz həmçinin korroziyanın və pasın yaranmasının qarşısını alaraq mühərrikin ömrünü uzadır.
Soyuq havalarda suyun donmasını gecikdirir, isti havalarda isə qaynamanın qarşısını alır.