Sürücülərin əl çəkmədiyi vərdiş Yollarda hər gün yaşanan “zolaq xaosu” VİDEO

28.01.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxt yollarında sürücülərin zolaq qaydalarına əməl etməməsi tez-tez müşahidə olunur. Xüsusilə günün pik saatlarında bu hal daha çox diqqət çəkir. Sürücülər zolaq boş olmadığı halda sağa və ya sola manevr edərək əlavə zolaq yaradırlar. Bu, həm təhlükə yaradır, həm də tıxacın şiddətlənməsinə səbəb olur.

Məsələylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərib.

Hadisə bir neçə gün əvvəl Mətbuat prospektində lentə alınıb. Videodan görünür ki, 77-VL-955 dövlət nömrəli “Changan” markalı və 01-BY-869 dövlət nömrəli “Hyundai” markalı avtomobillər, eləcə də onların önündəki maşınlar zolağa düzgün yerləşməyib.

Yerdə nişanlanma xətti aydın görünür. Lakin sürücülər ona əhəmiyyət vermədən nizamsız şəkildə hərəkət edirlər.

Şikayətçinin sözlərinə görə, belə mənzərə paytaxt yollarında demək olar ki, hər gün təkrar olunur.

Nərmin

Oxunub 556

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью