Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri: Onlar “zirvədə”

11.08.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda avto-icbari sığorta üzrə şikayət indeksində son bir ayda əksər sığorta şirkətləri üzrə yaxşılaşma müşahidə olunub. Bununla belə, “Xalq Sığorta” və “Meqa Sığorta” ən yüksək şikayət indeksinə malik şirkətlər olaraq qalıb.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, 1 avqust 2025-ci il – 31 iyul 2026-cı ili əhatə edən son göstəricilərdə “Xalq Sığorta”nın şikayət indeksi 1,71 təşkil edib. Əvvəlki hesabat dövründə – 1 iyul 2025-ci il – 30 iyun 2026-cı il üzrə bu göstərici 1,80 idi. Beləliklə, şirkətin indeksi bir ay ərzində 0,09 bənd və ya 5% azalıb. 

“Meqa Sığorta”da da göstərici yaxşılaşıb. Şirkətin şikayət indeksi 1,51-dən 1,44-ə düşüb. Bu, 0,07 bənd və ya 4,6% azalma deməkdir. Pepperoni pizza

Ən nəzərəçarpan pisləşmə isə “Paşa Sığorta”da qeydə alınıb. Şirkətin indeksi 0,99-dan 1,05-ə yüksəlib və bununla da 1,00 həddini keçib. Artım 0,06 bənd və ya 6,1% təşkil edib. Nəticədə “Paşa Sığorta” əvvəlki dövrdə aşağı şikayət indeksinə malik olduğu halda, son hesabatda orta şikayət indeksi kateqoriyasına keçib.

“Atəşgah Sığorta”nın göstəricisi 1,03-dən 0,89-a düşüb. Bu, şirkətlər arasında ən böyük yaxşılaşmadır – indeks 0,14 bənd və ya 13,6% azalıb. Bununla “Atəşgah Sığorta” da 1,00 həddindən aşağı düşüb.

“Qala Sığorta”nın şikayət indeksi cüzi artaraq 0,77-dən 0,78-ə yüksəlib. “Azərbaycan Sənaye Sığorta”da isə göstərici dəyişməyərək 0,69 səviyyəsində qalıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью