Sürücülərin gözünü qamaşdırıb maşının qapısını açıq saxladı İrada cavabı isə... VİDEO

23.11.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayonu, Masazır qəsəbəsində sürücünün qayda pozuntusu qəza şəraiti yaradıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək məlumat verib. Hadisə noyabrın 21-də saat 21:41 radələrində qeydə alınıb.

Belə ki, 10-YB-846 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq uzaq işıqlarını söndürməyib. Bununla da yoldan keçən digər sürücülərin hərəkətini çətinləşdirib.

Bununla kifayətlənməyən sürücü avtomobilin qapısını da açıq vəziyyətdə saxlayıb. Nəticədə görüntünü qeydə alan avtomobilin sürücüsü həmin nəqliyyat vasitəsinin yanından keçərkən açıq qapıya çırpılmaq təhlükəsi ilə üzləşib.

O, yaranmış vəziyyətlə bağlı “Changan”ın sürücüsünə iradını bildirdikdə isə qarşı tərəfdən “Sən burada nə gəzirsən?” cavabını alıb. Beləliklə, sürücü öz qayda pozuntusuna haqq qazandırmağa çalışıb.

Qeyd edək ki, izləyici sürücünün özündə olmadığını, davranışlarının onda sərxoşluq təəssüratı yaratdığını bildirib. O, həmçinin sürücünün hadisədən sonra da avtomobilin işıqlarını söndürmədiyini əlavə edib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229132.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью