Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sabunçu rayonunun Pirşağı qəsəbəsində sürücülər təhlükəli vəziyyətlə üz-üzə qalıblar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb. Bildirilir ki, hərəkətin intensiv olduğu Ağa Əlizadə küçəsində bir neçə kanalizasiya lükünün qapağı yoxdur. "Açıq qalan lüklər həm avtomobillərin hərəkəti, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə vurğulanır. Sabunçu Rayonu İcra Hakimiyyətindən bildirilib ki, sözügedən lüklərin üstü örtülüb. "Sabunçu rayonunun bütün qəsəbələrində olduğu kimi, Pirşağı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub", - deyə məlumatda bildirilir.
Oxunub 24