Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı yollardan birində sürət həddi endirilib

15.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxilİ işlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью