Sürücülərin nəzərinə Bakının bu küçəsi bağlandı

24.10.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Oktyabrın 25-i saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
Bildirilib ki, məhdudlaşdırma yolda aparılan təmir işləri ilə bağlıdır. Yol təmir bitəndən sonra açılacaq.  Marqarita pizza
Sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью