Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

04.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tez-tez hansısa avtomobil şirkətinin kütləvi geriçağırılma elanlarını oxuyuruq. Bu da onunla bağlı olur ki, istehsaldan bir müddət sonra hansısa avtomobildə nasasızlıq aşkar edilir. İstehsalçı da həmin nasazlığı aradan qaldırmaq üçün konkret tarixlərdə istehsal olunmuş avtomobilləri geri çağırır.
Məlumdur ki, ölkəmizdə istifadə olunan avtomobillərin böyük hissəsi xarici istehsaldır. Həmin avtomobillər ölkəmizə fərdi qaydada və yaxud istehsalçı şirkətin ölkəmizdəki nümayəndəliyi vasitəsi ilə gətirilir.
Belə olan şəraitdə hansısa avtomobilin kütləvi geri çağırılması ölkəmizdəki avtomobillərə də şamil olunurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, belə hallar ölkəmizdə də olur:
“Nəzərə alaq ki, ölkəmizdə dünyanın əksər tanınmış avtomobil şirkətlərin nümayəndəlikləri var. Ona görə də hər hansı bir markanın modelində istehsalçı qüsuru sonradan aşkar edilirsə, o zaman şirkət öz nümayəndəliklərinə müraciət göndərir ki, məsələn, 2022-ci ilin birinci rübündə istehsal olunmuş filan markalı avtomobilin təhlükəsizlik yastığında problem var.
Həmin müraciətə əsasən nümayəndəlik ölkə ərazisindəki həmin avtomobilləri servisə dəvət edir və deyilən nöqsan istehsalçı şirkətin vəsaiti hesabına aradan qaldırılır. Belə faktlar çoxdur”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью