Sürücülərin NƏZƏRİNƏ Bu küçədə hərəkət istiqaməti dəyişdirildi VİDEO

16.06.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədilə növbəti layihə icra olunur.
Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, yeni layihə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsini əhatə edəcək.
Layihə çərçivəsində sözügedən ərazidə hərəkətin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.
Belə ki, dəyişikliyə əsasən:
- Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtomobillər artıq Dəmirçizadə küçəsindən istifadə edə bilməyəcəklər.
- Sürücülər alternativ olaraq Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələrinə çıxmaqla hərəkət istiqamətlərini davam etdirməli olacaqlar.
Layihənin icra prosesini əks etdirən videogörüntüləri təqdim edirik:

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью