Sürücülərin nəzərinə: Bu küçələr bağlı olacaq

29.11.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

30 noyabr tarixində Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq.

Lent.az xəbər verir ki, bununla əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müvafiq hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq  məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi:

* 1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

* Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi:

* Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

* Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sürücülərdən qeyd olunan məhdudiyyətləri nəzərə alaraq hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью