Sürücülərin nəzərinə: Bu yol bağlanır!

09.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Aparılacaq təmir işləri ilə əlaqədar Səbail rayonunun Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət avqustun 10-u saat 22:00-dan etibarən tətbiq olunacaq və təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью