Sürücülərin nəzərinə: bu yol tam bağlanır

20.11.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 22-də saat 00:00-dan etibarən Bakının Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Globalinfo.az–a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Qeyd edilib ki, sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью