SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu yolda sürət həddi endirildi

21.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью