Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sözügedən yolda sürət həddi Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar endirilib.
Həmçinin məlumat-sürət tablolarında dəyişiklik olunaraq "sürüşkən yol" işarəsi qoyulub.