Sürücülərin NƏZƏRİNƏ Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

12.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Belə ki:
Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində – 12 avqust 2026-cı il saat 08:00-dan;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində – 12 avqust 2026-cı il saat 11:00-dan hərəkət müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью