Sürücülərin NƏZƏRİNƏ: Masazırda yollardan birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

29.01.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gündən etibarən Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən yolda təmir işlərinin həyata keçirilməsidir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью