Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı VİDEO

02.06.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Yaxın Şərqdə baş verənlərlə əlaqədar əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.

Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır. Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir.

Ekspert Aftil Əliyev deyir ki, bahalaşma yalnız avropamənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.

Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью