Sürücülərin NƏZƏRİNƏ: sabah bu küçə bağlı olacaq FOTO

11.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində təmir işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, bu səbəbdən də saat 9:00-dan 23:00-dək sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.   

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью