Sürücülərin nəzərinə: Şimal bölgəsində yolların buz bağlama ehtimalı var

04.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmaz, 4 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 3-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xaçmaz rayonlarının ərazisinə qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarın yağması ilə əlaqədar Qubanın rayon mərkəzində temperatur mənfi 4 dərəcəyədək aşağı düşüb.

Adətən daha çox yağıntı dağlıq ərazilərdə müşahidə olunsa da, bu dəfə yağıntı əsasən Quba, Qusar və Xaçmazın rayon mərkəzlərində qeydə alınıb. Qubada qarın hündürlüyü 2-3 santimetrə çatır.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

Hazırda şimal bölgəsinin yollarında buzlaşma müşahidə olunmur. Amma qarın yağması davam etdiyindən gecə saatlarında dağlıq ərazidəki yolların buz bağlaması ehtimalı var. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada dağ yollarından istifadə etməsi tövsiyə olunmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью