Sürücülərin nəzərinə: sürət həddi endirilə bilər | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə Bakıda bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Müraciətdə vurğulanıb ki, Bakıda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir: “Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər.
Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.
Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu