Sürücülərin NƏZƏRİNƏ! Yanğın səbəbindən bu küçədə tıxac var FOTO

15.02.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

NİİM-dən Avtosfer.az-a verilən xəbərə görə, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью