Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sürücülərin piyada keçidlərində və zolaq dəyişdirərkən işıq siqnallarından düzgün istifadə etməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov sürücülərin qəza işıqları və dönmə siqnallarından istifadə qaydalarına diqqət çəkməklə bağlı fikir səsləndirib.
Ekspert bildirib ki, bəzi sürücülər piyada keçidinin qarşısında təhlükəsizlik məqsədilə qəza işıqlarını yandırsalar da, sonradan hərəkət istiqamətini və ya zolağı dəyişərkən dönmə siqnallarından istifadə etmirlər.
Qəza işıqlarının yandırılması dönmə siqnallarından istifadə zərurətini aradan qaldırmır. Sürücü zolaq dəyişirsə və ya hərəkət istiqamətini dəyişməklə manevr edirsə, digər hərəkət iştirakçılarını bu barədə dönmə işıqları vasitəsilə xəbərdar etməlidir.
Ekspert sürücülərə müraciət edərək bildirib ki, təhlükəsizlik məqsədilə qəza işıqlarından istifadə edilməsi ilə yanaşı, zolaq dəyişdirilməsi və digər manevrlər zamanı müvafiq dönmə siqnalları da mütləq aktivləşdirilməlidir.
Onun fikrincə, işıq siqnallarından düzgün və vaxtında istifadə edilməsi sürücülərin niyyətinin digər hərəkət iştirakçıları tərəfindən əvvəlcədən anlaşılmasına və mümkün qəza risklərinin azalmasına kömək edə bilər.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227246.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler