Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda havaların bir neçə gündür sərt keçməsi yollarda bir sıra problemlərin ortaya çıxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, xüsusilə nəqliyyat vasitələrinin buzlu yollarda sürüşməsi həm avtomobillərə zərər vurur, həm də piyadaların sağlamlığı təhlükə altına düşür.
Xüsusən səhər saatlarında və gecəyə yaxın havanın soyuması ilə yolların bəzi hissələrində görünməyən buz təbəqələri əmələ gəlir.
Bu zaman sürücülərin avtomobili idarə etməsində çətinliklər yaşaması mümkündür.
Sürücülərə tövsiyə olunur ki, bu cür şəraitdə sürəti azaltsınlar və yolun vəziyyətini daha diqqətlə izləsinlər.
Avtomobillərin təkərlərinin vəziyyətini yoxlamaq və buzlu yollara uyğun qış təkərindən istifadə etmək də vacibdir.
Eyni zamanda, ehtiyatla və daha yavaş hərəkət edərək digər sürücülərlə məsafəni qorumağa çalışın.