Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 avqust, AZƏRTAC
Bu ilin ilk 7 ayı ərzində Azərbaycanda 633 yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə 351 nəfər həyatını itirib, 497 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələrinin üçdə biri şənbə və bazar günlərində qeydə alınıb. Qəzaların 60 faizdən çoxu isə sutkanın qaranlıq vaxtlarında baş verib.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.