Sürücülük hüququ məhdudlaşdırılanlar onu necə geri ala bilər? KONKRET

30.10.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda sürücülük hüququnun məhdudlaşdırılması ilə üzləşən şəxslərin hansı addımları atmalı olduqları maraq doğurur. Belə hallarda cərimələrin ödənilməsi və müvafiq hüquqi prosedurların həyata keçirilməsi məsələsi gündəmə gəlir.

Bəs sürücülük hüququ məhdudlaşdırıldıqda onu bərpa etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib ki, ilk növbədə, inzibati cərimə və hesablanmış dəbbə pulu ödənilməlidir.

“Avtomobili idarə etmək hüququ məhdudlaşdırılan şəxs inzibati cəriməni və müvafiq dəbbə pulunu ödədikdən sonra məhkəməyə ərizə ilə müraciət edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb edə bilər”.

Hüquqşünasın açıqlamasından belə aydın olur ki, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı yaranan problemin həlli üçün cərimələrin ödənilməsi ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulan hüquqi prosedurlara da əməl edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью