Sürücülük hüququ olmayan yeniyetmə iki uşağı vurdu VİDEO

09.10.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sürücülük hüququ olmayan yeniyetmə Baqgi ilə iki uşağı vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtında baş verib. Məlumata görə, Karl Marks küçəsində 17 yaşlı yeniyetmə sürətlə idarə etdiyi Baqgi ilə hərəkətdə olarkən işıqforun piyadalar üçün yaşıl işığında keçidi qaçaraq keçən 4 yaşlı iki uşağı vurub. Zərbənin gücündən onlardan biri bir neçə metr kənara düşüb. Qəza nəticəsində xəsarətlər alan uşaqlar xəstəxanaya aparılıblar.  Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью