Sürücülük vəsiqəsi əldə etmək daha rahat olacaq Ekspert

17.11.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Daxili İşlər Nazirliyinin təqdim etdiyi yeniliklər sürücülük vəsiqəsi almaq istəyənlər üçün prosesi daha şəffaf edir”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib. 
O əlavə edib ki, imtahanı müəllim yox, texniki sistem qiymətləndirdiyi üçün subyektiv yanaşma azalır:
“Bu, namizədlərin öz bilik və bacarığına güvənməsinə şərait yaradır. Texniki detektor sürücünün bütün manevrlərini dəqiq şəkildə ölçür. Səhvlərin avtomatik qeydə alınması nəticələrin obyektivliyini artırır. Namizəd monitor vasitəsilə etdiyi hərəkətləri dərhal görə bilir. Bu, imtahan prosesinə tam şəffaflıq gətirir. Real vaxtda nəticəni görmək sürücü namizədini psixoloji cəhətdən də rahatlaşdırır. Eyni anda bir neçə avtomobillə imtahan keçmək imkanı növbələri azaldır. Bu isə vəsiqə almaq istəyənlərin vaxtını daha səmərəli idarə etməsinə kömək edir. Bağlı meydançanın yaradılması təhlükəsizlik baxımından üstünlük yaradır. Namizədlər bütün tapşırıqları nəzarət olunan mühitdə yerinə yetirir. Müasir texniki vasitələrin tətbiqi ümumilikdə imtahan sisteminin etibarlılığını artırır. İnsan faktoru azaldığı üçün mübahisəli hallara da ehtiyac qalmır. Bu yeniliklər təlim prosesini də dolayısı ilə yaxşılaşdırır. Namizədlər bilirlər ki, qiymətləndirmə tam obyektiv olacaq və buna uyğun hazırlıq görürlər. Sürücülük vəsiqəsi əldə etmə prosesi daha ədalətli və rahat olur”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью