Sürücülük vəsiqəsi olmadan sürdüyü maşını aşırdı:ÖLDÜ

16.12.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuzda ağır yol qəzası baş verib.

Hadisə ötən gün Aşırallar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Mürvət Azad oğlu Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilini aşırıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью