Sürücülük vəsiqəsinin rüsumu qalxacaq

03.12.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada sürücülük vəsiqəsinin imtahan rüsumu qalxa bilər. 

Bu barədə News24.az-a açıqlamasında Yaponiyada yaşayan jurnalist Yusif İsmayılov bildirib. 

O, gələn ildən sürücülük vəsiqəsinin imtahan rüsumunun məbləğinin artması haqda danışıb. 

“Yaponiyada sürücülük vəsiqəsi almaq çox çətindir. Həm imtahan üçün bilik və imtahana giriş üçün kifayət qədər məbləğ tələb olunur. Bu da sürücüləri məsuliyyətli olmağa vadar edir. Ehtimal olunur ki, gələn ildən imtahana giriş üçün məbləğdə artım olsun. Çox güman ki, rüsum 20 faiz artırılacaq. Amma hazırda rəsmi qərar yoxdur”, - deyə o bildirib.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью