Icma.az bildirir, Avtosfer portalına istinadən.
Novxanı yolunda qayda pozan piyada təhlükəli anlara səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 11-də səhər saatlarında qeydə alınıb.
Kadrlardan göründüyü kimi, qadın piyada yolun ortası ilə hərəkət edib. Bu zaman o, sağ zolaqdan yaxınlaşan avtomobili görərək özünü itirib və qabağa əyilərək müvazinətini güclə saxlayıb.
Görüntünü qeydə alan sürücü isə piyadanın qəfil hərəkəti qarşısında manevr edərək onu vurmaqdan son anda yayınıb.
Kadrlardan piyadanın yola kifayət qədər diqqət yetirmədən hərəkət etdiyi görünür. Belə vəziyyət həm piyadanın, həm də sürücünün həyatı üçün ciddi risk yaradır.
Qeyd edək ki, sürücü videonun şərh bölməsində avtomobili yolda müəyyən edilmiş sürət həddində idarə etdiyini bildirib.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227193.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar