Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu VİDEO

04.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hərəkətdə olan "Kia Sorento" markalı avtomobil yolun kənarında qəza işıqlarını yandıraraq dayanan "Toyota Prius" markalı avtomobilə çırpılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Müraciətdə qeyd olunur ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır:

"Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью