Sürücünün maşının içindəki monitorda video izləməsi qayda pozuntusudur? BDYPİ dən AÇIQLAMA…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sürücülərin avtomobilin mərkəzi monitorundan video izləməsi son illərdə geniş yayılıb.
Müasir avtomobillərdə multimedia sistemləri yüksək keyfiyyətli ekranlarla təchiz olunur və bu da bəzi sürücüləri hərəkət zamanı film və ya digər videolara baxmağa sövq edir.
Lakin bu cür hərəkətlər sükan arxasında diqqəti yayındırır və qəza riskini xeyli artırır.
Mütəxəssislər bildirirlər ki, avtomobil idarə edən zaman sürücünün diqqəti tam şəkildə yola yönəlməlidir.
Monitor vasitəsilə video izləmək, sosial şəbəkələrə baxmaq və ya internetdə hər hansı məzmunu izləmək həm öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına salır.
Bəzi sürücülər bu halın texniki cəhətdən mümkünsüz olduğunu düşünsələr də, bir çox avtomobillərdə sistemlər hərəkət zamanı da video izləmə funksiyasını deaktiv etmir.
Bu isə əlavə təhlükə yaradır və qəza risklərini artırır. Bəs sürücülərin avtomobilin monitorundan video izləməsi qayda pozuntusudurmu?
Tam oxu
Xəbəri oxu