Sürücüsü olmayan avtobus yoldan çıxıb bulvara girdi Video

07.03.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün paytaxtın Səbail rayonu ərazisində avtobus qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, Neftçilər prospektində sükanı arxasında sürücünün olmadığı “Daewoo” markalı avtobus qəfil hərəkətə başlayıb. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi Bakı bulvarının məhəccərini dağıdaraq park ərazisinə daxil olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəza yerindən görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью