Sürücüsüz avtomobil polis maşınına çırpıldı VİDEO

01.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Pakistanın paytaxtı İslamabadda yerli ixtiraçının hazırladığı pilotsuz avtomobilin sınağı uğursuz nəticələnib.

Avtosfer.az xəbər verir ki, internet üzərindən uzaqdan idarə olunan avtomobil parlament binası yaxınlığında hərəkət edərkən nəzarətdən çıxaraq polis maşınına çırpılıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Pakistan mediasının məlumatına görə, avtomobili avtomatlaşdıran şəxs polis tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi isə araşdırma üçün polis bölməsinə aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью