Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də avtonom idarə olunan avtomobillər üçün firuzəyi rəngli xüsusi işıqların tətbiqi təklif edilir.
“Bakupost” xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası bu işıqların avtomobilin sürücü müdaxiləsi olmadan idarə olunduğunu digər hərəkət iştirakçılarına göstərməsini nəzərdə tutur.
İşıqlar avtonom idarəetmə aktiv olduqda yanacaq, idarəetmə sürücüyə keçdikdə isə sönəcək. Yeni işıqlar avtomobillərə hərəkət üstünlüyü verməyəcək və yol hərəkəti qaydalarını dəyişməyəcək. Təklif hələlik layihə mərhələsindədir.
Vüsalə Hüseynova,
BakuPost