Sürücüyə yalnış protokol yazıldı

26.03.2025

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobili sürmədiyi halda ona cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxt sakini Niyaz Həsənovun başına gəlib. O bildirir ki, texniki nasazlıq səbəbindən günlərdir avtomobilini idarə etmir. Ancaq mart ayının 15-də ona Nərimanov rayonu ərazisində protokol tətbiq edilib. Sistemə girib baxdıqda isə cərimə edilən avtomobilin ona məxsus olmadığını görüb

Müsahibimiz deyir ki, artıq ikinci dəfədir belə hal başına gəlir. Rəqəmləri eyni, seriyaları isə fərqli olan başqa nəqliyyat vasitəsi ilə yol verilən xətaya görə, cərimələr ona gəlir.

Məsələ ilə bağlı Bakı şəhər dövlət yol polisi idarəsinə müraciət etdik. İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, protokol yanlışlıqla titbıq edilib.

İdarənin bölmə rəisi Toğrul Nəsirli əlavə etdi ki, məsələ dərhal araşdırılıb və texniki xəta aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью