Sürüşkən yolda idarəetmədən çıxan maşın işıq dirəyini qopardı VİDEO

07.02.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da axşam saatlarında baş verib. Belə ki, hərəkətdə olan “Nissan” markalı maşın yoldan çıxaraq qəzaya uğrayıb. Qəzaya səbəb yağış sularının təsirindən yolun sürüşkən olması bildirilib. Nəticədə idarəetməni itirən sürücü avtomobili yol kənarındakı işıq dirəyinə çırpıb. Hadisə zamanı xəsarər alan olmasa da maşına maddi ziyan dəyib. Zərbənin təsirindən dirək qoparaq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью